Mənim dünyama xoş gəlmisiniz

Salam, mən Murad Ağamədovam

Mən sadəcə sayt yaratmıram — məqsədyönlü və təmiz kodlarla real problemləri həll edirəm. İstər kod yazarkən, istərsə də tədris zamanı əsas diqqətim aydınlıq, sadəlik və praktik faydadır.

Şəkil alt mətni
mənim xidmələrim

Sizə necə kömək edə bilərəm?

Veb Saytların Hazırlanması

İstəyə uyğun olaraq korporativ, şəxsi və portfolio veb saytların hazırlanması. Müasir texnologiyalarla sürətli, təhlükəsiz və mobil uyğun dizaynlar təklif olunur.

Hosting və Domen Xidmətləri

Veb saytınız üçün etibarlı və sürətli hosting, həmçinin domen adlarının qeydiyyatı və idarə olunması xidmətlərini təqdim edirik. Layihənizin daim əlçatan olması və peşəkar görünməsi üçün texniki dəstək və uyğun həllər təklif edirik.

Texniki Dəstək

Saytınızın daim işlək və təhlükəsiz qalması üçün mütəmadi texniki dəstək göstəririk. Server problemlərinin aradan qaldırılması, sistem yeniləmələri, səhvlərin düzəldilməsi və digər texniki məsələlərdə yanınızdayıq.

Backend PHP Laravel Dərsləri

Laravel çərçivəsində backend proqramlaşdırma üzrə dərslər keçirilir. Kurs müddətində RESTful API-lərin yaradılması, məlumat bazası ilə işləmə, autentifikasiya və avtorizasiya sistemlərinin qurulması, layihə strukturu və kodun optimallaşdırılması kimi mövzular əhatə olunur. Real layihələr üzərində praktik bilik qazanmaq imkanı təqdim edilir.

Laravel layihələri üçün ödəniş sistemlərinin inteqrasiyası

Laravel framework-u ilə hazırlanan layihələrinizə Paytr, Stripe, PayPal, Portmanat, ATB və digər ödəniş sistemlərinin problemsiz və təhlükəsiz şəkildə inteqrasiyasını həyata keçirirəm. Real layihələrdə tətbiq edilmiş təcrübə ilə ödəniş modullarının düzgün işləməsinə və təhlükəsizliyinə tam zəmanət verilir.

Admin Panel və CMS Sistemlərinin Hazırlanması

Laravel framework-u üzərində sadə istifadəli, təhlükəsiz və çoxdilli admin panellər və kontent idarəetmə sistemləri hazırlayıram. Bu sistemlər müştərilərin saytlarını rahatlıqla idarə etməsi üçün optimallaşdırılıb.

5+ illik təcrübə

Məni tanıyın

Mənim haqqımda

Mən PHP və Laravel əsaslı web texnologiyalar sahəsində ixtisaslaşmış backend developerəm. Karyeram boyu real layihələrlə işləyərək həm texniki bacarıqlarımı gücləndirmiş, həm də funksional və sabit sistemlər qurmaq üzrə təcrübə toplamışam. Webcoder MMC-də tam ştatlı Backend Developer kimi çalışmaqla yanaşı, Hostim MMC-də iki fərqli veb layihəyə texniki dəstək və server tərəfli idarəetmə xidmətləri göstərmişəm. Laravel əsaslı sistemlərin sabitliyinin təmin olunması, hostinq mühitində layihələrin yerləşdirilməsi, verilənlər bazasının idarə olunması və təhlükəsizlik məsələlərinin həllinə cavabdeh olmuşam. Sayt.az MMC-də isə sistem səviyyəli yanaşmalar tətbiq edərək, layihələrin hostinqə köçürülməsi, SSL və domen konfiqurasiyaları, texniki problemlərin aradan qaldırılması kimi məsuliyyətləri öz üzərimə götürmüşəm. Bundan əlavə, ADAS (Azərbaycan Digital Art School) tədris mərkəzində Backend Development (PHP / Laravel) üzrə təlimçi kimi çıxış etmişəm. Tələbələrə real layihə nümunələri əsasında API quruluşu, təhlükəsizlik, verilənlər bazası əlaqələri kimi mövzuları izah edərək həm nəzəri, həm də praktiki biliklər vermişəm. Təhsil sahəsində həm sosial iş üzrə magistr dərəcəsi, həm də redaktə və nəşr sahəsində bakalavr diplomuna malikəm. Bu təhsil mənə istifadəçi yönümlü yanaşma, mətn strukturu və detallara diqqət kimi bacarıqlar qazandırıb. Eyni zamanda “Web Development Training” və “Full Stack Programming” (PHP və C# üzrə) proqramlarını uğurla başa vuraraq daim özümü yeniləməyə və texnologiyalara daha dərin yanaşmağa çalışıram. Hər bir layihədə funksionallıq, kod keyfiyyəti və istifadəçi təcrübəsi mənim üçün prioritetdir.

Education

Şəxsi mentor rəhbərliyi ilə veb proqramlaşdırma təhsili

Şəxsi təlim — mentor İvan Pestriçenko (Ukrayna)
01.01.2019 - 31.12.2020

Veb proqramlaşdırma üzrə ilk təhsilimi 2019-cu ildən şəxsi mentorun rəhbərliyi ilə almağa başlamışam. Tədrisə Ukraynalı proqramçı və təcrübəli təlimçi Ivan Pectricenko və onun komandası rəhbərlik edirdi. Onların fərdi yanaşması, praktiki yönümlü dərsləri və peşəkar təcrübələri mənim üçün möhkəm təməl yaratdı. Məhz bu mərhələ texnologiyaya olan marağımı daha da artırdı və veb inkişaf sahəsində davamlı şəkildə öz üzərimdə işləməyimə səbəb oldu. Bu ilkin baza sonrakı illərdə daha dərin və məqsədli şəkildə inkişaf etməyim üçün dayaq nöqtəsi oldu.

Nəşriyyat və redaktəetmə (Bakalavr)

Bakı Dövlət Universiteti
15.09.2016 - 15.06.2020

Redaktə və nəşriyyat sahəsində aldığım təhsil, təkcə dil qaydalarını öyrənmək və mətnləri redaktə etmək bacarığı qazandırmadı. Eyni zamanda məni mətnə diqqətli yanaşmağa, hər cümlənin məqsədini anlamağa və istifadəçi ilə səmimi, aydın ünsiyyət qurmağa yönəltdi. Bu bacarıqlar veb inkişaf sahəsində çalışarkən – istər interfeys mətnlərinin hazırlanmasında, istərsə də kontentin strukturlaşdırılmasında – mənim üçün əvəzolunmaz oldu. Düşünürəm ki, bu iki sahənin sintezi həm texniki, həm də insani tərəfdən daha balanslı məhsullar yaratmağımda mühüm rol oynayır.

Həyat Fəaliyyətinin Müxtəlif Sahələrində Sosial İş (Magistr)

Azərbaycan Dövlət Pedaqoji Universiteti
15.09.2020 - 15.06.2022

Sosial iş üzrə magistr təhsilim insanlarla empatik ünsiyyət qurmaq və müxtəlif sosial qrupların ehtiyaclarını anlamaq baxımından mənə çox şey qatdı. Bu bacarıqlar, indi veb sahəsində işləyərkən – xüsusilə istifadəçini daha yaxşı anlamaq və onların ehtiyaclarına uyğun interfeys və məzmun hazırlamaq işlərində – mənim üçün böyük üstünlükdür. Sadə dillə desəm, insanları anlamadan yaxşı veb sayt da qurmaq olmur. Hər layihədə çalışıram ki, istifadəçi yalnız texnologiyadan deyil, oradakı dəyərli təcrübədən faydalansın. Çünki texniki biliklə yanaşı, insan yönümlü yanaşma da mükəmməl nəticənin əsas hissəsidir.

Full Stack Proqramlaşdırma (PHP)

Azerbaijan Digital Art School (ADAS)
25.02.2023 - 25.08.2023

Webcoder şirkətində 3 il ərzində çalışaraq praktiki təcrübə və layihə əsaslı düşüncə tərzi qazandım. Bu müddətdə real müştəri ehtiyaclarına uyğun həllər hazırlamaq bacarığım formalaşdı. Bununla belə, zaman keçdikcə təhsilimi nəzərdən keçirməyə və biliklərimi daha sistemli şəkildə möhkəmləndirməyə ehtiyac duydum. Bu məqsədlə Azerbaijan Digital Art School-da (ADAS) Laravel Full Stack proqramlaşdırma kursuna qatıldım. Kurs müddətində həm nəzəri biliklərimi təzələdim, həm də müasir texnologiyalarla daha dərindən işləmək imkanı qazandım. Bu proses mənə daha strukturlaşdırılmış, planlı və çevik şəkildə kod yazmağı öyrətdi və peşəkar inkişafımda mühüm mərhələ oldu.

Full Stack Proqramlaşdırma (C#)

Cybernetics Academy
03.05.2024 - 25.12.2024

Laravel ilə uzunmüddətli back-end təcrübəm sayəsində proqramlaşdırmanın əsas prinsiplərinə və layihə strukturlarına dərindən bələdəm. Bu baza mənə Full Stack Proqramlaşdırma (C#) sahəsinə sürətli keçid etməyə və .NET ekosistemində özümü qısa zamanda inkişaf etdirməyə imkan verdi. Təhsil zamanı C# dili ilə back-end məntiqi, API-lərin hazırlanması, verilənlər bazası ilə işləmə və front-end tərəfdə komponent əsaslı yanaşmalar üzrə praktiki biliklərə yiyələnmişəm. Mövcud təcrübəmi .NET dünyasında daha da genişləndirirəm və full stack yanaşmanı real layihələrdə tətbiq edirəm.

Təcrübə

Texniki redaktor

"Elmi İnkişaf" Jurnalı
01.01.2019 - 31.12.2019

“Elmi İnkişaf” jurnalında texniki redaktor kimi fəaliyyətim, mətnlə işləməkdə dəqiqlik, strukturlaşdırma və detallara diqqət kimi vərdişlərimi formalaşdırdı. Bu bacarıqlar veb inkişaf sahəsində – xüsusilə kodun səliqəli yazılması, layihə strukturunun düzgün qurulması və istifadəçi baxış bucağını nəzərə almaqda – mənə ciddi üstünlük verir. Veb proqramlaşdırmada hər şey yalnız funksionallıqdan ibarət deyil, həm də oxunaqlı, saxlanması və inkişafı asan sistemlər qurmaqdan ibarətdir. Texniki redaktor kimi keçdiyim bu yol, proqramlaşdırmaya yanaşmamı daha analitik və diqqətli edib.”

Full Stack Veb Proqramçı (PHP – Laravel)

Webcoder MMC
01.02.2020 - 28.05.2024

Full Stack Web Developer kimi PHP və Laravel əsaslı layihələrdə həm arxa (back-end), həm də ön (front-end) tərəfdə işləyirəm. Laravel çərçivəsində miqyaslana bilən sistemlər qurmaq, RESTful API-lər yaratmaq və verilənlər bazası ilə işləmək əsas bacarıqlarımdandır. Eyni zamanda HTML, CSS (SCSS), JavaScript və Vue.js kimi texnologiyalarla funksional və istifadəçiyə uyğun interfeyslər hazırlayıram. Kodun səliqəli və oxunaqlı yazılması, layihə strukturunun düzgün qurulması və texniki sənədləşdirmə işlərinə xüsusi önəm verirəm. Gördüyüm hər işdə həm funksionallıq, həm də keyfiyyət mənim üçün əsas prioritetdir.

Backend developer

Sayt.az MMC
28.05.2023 - Davam edir

Sayt.az MMC-də Backend Developer kimi çalışaraq veb layihələrlə yanaşı hosting və server yönümlü sistem işlərində də iştirak etmişəm. Laravel əsaslı platformalarda modulların qurulması, serverdə layihələrin yerləşdirilməsi (deployment), domen və SSL yönləndirmələri, eyni zamanda verilənlər bazası və server performansına dair texniki məsələlərin həllində aktiv olmuşam. Bu təcrübə mənə həm tətbiq səviyyəsində, həm də infrastruktur səviyyəsində məsuliyyətli və funksional yanaşma qazandırıb.

Backend Developer (PHP – Laravel)

Webcoder MMC
01.05.2025 - Davam edir

Webcoder MMC-də Backend Developer kimi çalışaraq əsasən Laravel çərçivəsində müxtəlif veb sistemlərin server tərəfli funksionallıqlarının hazırlanmasında iştirak etmişəm. Admin panel modullarının qurulması, CRUD əməliyyatlarının optimallaşdırılması, verilənlər bazası strukturlarının hazırlanması və API inteqrasiyası sahələrində fəaliyyət göstərmişəm. Kodun səliqəli və yenilənə bilən formada yazılmasına, eyni zamanda layihələrin təhlükəsizlik və performans baxımından stabilliyinə xüsusi diqqət yetirmişəm.

Backend Developer (PHP – Laravel)

Hostim MMC (Hosting Şirkəti)
01.01.2023 - Davam edir

Webcoder MMC-də daimi Backend Developer kimi fəaliyyət göstərdiyim müddətdə, paralel olaraq 2023-cü ildən Hostim MMC-də iki fərqli veb sayt üzrə texniki dəstək və server tərəfli idarəetmə işlərini də yerinə yetirmişəm. Laravel əsaslı sistemlərdə kodların saxlanması və dəyişdirilməsi, hostinq mühitində layihələrin stabilliyinin qorunması, verilənlər bazası ilə bağlı texniki məsələlərin həlli və sistemin ümumi performans nəzarəti kimi vəzifələri icra etmişəm. Mövcud sistemlərin təhlükəsiz və etibarlı şəkildə işləməsi üçün davamlı şəkildə texniki dəstək göstərmişəm.

Backend Proqramlaşdırma üzrə Təlimçi (PHP / Laravel)

Azerbaijan Digital Art School
02.04.2023 - Davam edir

PHP və Laravel üzrə backend proqramlaşdırma dərsləri tədris etmişəm. Dərslər zamanı tələbələrə real layihə nümunələri üzərində işləməyi, Laravel çərçivəsinin əsas prinsiplərini, verilənlər bazası əlaqələrini, API yaradılmasını və təhlükəsizlik məsələlərini praktiki şəkildə öyrətmişəm. Tədris prosesində həm nəzəri biliklərə, həm də kodlaşdırma vərdişlərinə xüsusi önəm vermişəm.

Skills

PHP 7+

95%

Laravel 8+

95%

October CMS

85%

Craft CMS

65%

MySQL / Database Design

90%

RESTful API-lər və CRUD əməliyyatları

90%

Git və Version Control

95%

Linux / SSH / Hosting idarəsi

75%

Queue-lar (Laravel Queue, Redis)

70%

Validation və Form Request

90%

Middleware və Policy-lər

85%

Spatie Package-lərlə iş

80%

Filtration və Sorting sistemləri

85%

Laravel Sanctum / Passport

75%

API-based Authentication

80%

Laravel Nova və ya Voyager

100%

C# 10+

65%

ASP.NET Core 7/8

65%
Sertifikatlarım

İndiyə Qədər Gələn Yol

Full-stack developer - Azerbaijan Digital Art School (ADAS)

Full-stack developer - Azerbaijan Digital Art School (ADAS)

25.09.2023

Azerbaijan Digital Art School-da Full-stack Developer kimi təhsil müddətində həm frontend, həm də backend texnologiyaları üzrə biliklər əldə etmişəm. HTML, CSS, JavaScript, React və Laravel kimi texnologiyalarda real layihələr üzərində işləyərək praktiki bacarıqlarımı inkişaf etdirmişəm. Kurs müddətində layihə strukturu, kod keyfiyyəti və istifadəçi təcrübəsi prinsiplərinə əsaslanaraq tam funksional veb tətbiqlər yaratmaq bacarığı formalaşıb.

Bu sənədlə təsdiqlənir ki, adıçəkilən şəxs Cybernetics Academy tərəfindən keçirilən “Full Stack Proqramlaşdırma – C#” kursunu 30 həftə müddətində müvəffəqiyyətlə tamamlamışdır.

Bu sənədlə təsdiqlənir ki, adıçəkilən şəxs Cybernetics Academy tərəfindən keçirilən “Full Stack Proqramlaşdırma – C#” kursunu 30 həftə müddətində müvəffəqiyyətlə tamamlamışdır.

25.12.2025

Bu sənədlə təsdiqlənir ki, adıçəkilən şəxs Cybernetics Academy tərəfindən keçirilən “Full Stack Proqramlaşdırma – C#” kursunu 30 həftə müddətində müvəffəqiyyətlə tamamlamışdır.

Bu sertifikat Murad Ağammədov’a PHPKonf Baku 2025-də dəyərli iştirakçı olduğu üçün təqdim olunur PHPKonf Baku 2025-də dəyərli iştirakçı olduğu üçün!

Bu sertifikat Murad Ağammədov’a PHPKonf Baku 2025-də dəyərli iştirakçı olduğu üçün təqdim olunur PHPKonf Baku 2025-də dəyərli iştirakçı olduğu üçün!

26.10.2025

Bu sertifikat Murad Ağammədov’u PHPKonf Baku 2025-də dəyərli iştirakçı kimi tanıyır və tədbirə göstərdiyi aktivlik və töhfə üçün təqdim olunur.

javaScript - online təlimi - Bilgi Teknolojileri ve İletişim Kurumu (BTK)

javaScript - online təlimi - Bilgi Teknolojileri ve İletişim Kurumu (BTK)

10.12.2022

Bilgi Teknolojileri ve İletişim Kurumu (BTK) tərəfindən təqdim olunan JavaScript online təlimində iştirak edərək proqramlaşdırmanın əsas prinsiplərini və JavaScript dilinin əsas funksionallıqlarını öyrənmişəm. Təlimdə dəyişənlər, funksiyalar, obyektlər, DOM manipulyasiyası, hadisələr və asinxron əməliyyatlar (Promise, async/await) kimi mövzular praktiki nümunələrlə izah olunmuşdur. Bu biliklər, dinamik və interaktiv veb səhifələrin yaradılmasında mühüm rol oynayır.

React - online təlimi - Bilgi Teknolojileri ve İletişim Kurumu (BTK)

React - online təlimi - Bilgi Teknolojileri ve İletişim Kurumu (BTK)

31.12.2022

Bilgi Teknolojileri ve İletişim Kurumu (BTK) tərəfindən təqdim olunan React online təlimində iştirak edərək müasir veb tətbiqlərinin inkişafı üçün lazımi bilikləri əldə etmişəm. Təlimdə React komponentləri, state management, JSX, props, events və lifecycle metodları haqqında ətraflı məlumat verilmişdir. Həmçinin, təlim zamanı komponentlər arasında məlumat ötürülməsi və React ilə API inteqrasiyası haqqında praktiki nümunələr üzərində işlədik. Bu təlim mənə dinamik və interaktiv veb tətbiqləri yaratmaq bacarığı qazandırdı.

jQuery- online təlimi - Bilgi Teknolojileri ve İletişim Kurumu (BTK)

jQuery- online təlimi - Bilgi Teknolojileri ve İletişim Kurumu (BTK)

01.01.2023

Bilgi Teknolojileri ve İletişim Kurumu (BTK) tərəfindən təqdim olunan jQuery online təlimində iştirak edərək müasir veb proqramlaşdırmada istifadə olunan jQuery kitabxanası ilə tanış oldum. Təlimdə DOM manipulyasiyası, animasiyalar, AJAX sorğuları, hadisə idarəetməsi və jQuery-nin güclü xüsusiyyətləri ətraflı izah edilmişdir. Bu təlim mənə veb səhifələrində interaktiv elementlər yaratmaq və server ilə əlaqəli əməliyyatları asanlıqla həyata keçirmək bacarığı qazandırdı.

React - onine təlimi - Turkcell Academy

React - onine təlimi - Turkcell Academy

17.07.2022

Turkcell Academy tərəfindən təqdim olunan React online təlimində iştirak edərək müasir veb tətbiqlərinin inkişafı üçün lazım olan React biliklərini əldə etmişəm. Təlimdə React komponentləri, state management, JSX, props, events, lifecycle metodları və React Router kimi mövzulara dair ətraflı məlumat verilmişdir. Praktiki nümunələr və real dünya layihələri üzərində işləyərək dinamik və interaktiv veb tətbiqləri yaratma bacarığı qazandım.

Web development - online təlimi - Turkcell Academy

Web development - online təlimi - Turkcell Academy

15.08.2022

Turkcell Academy tərəfindən təqdim olunan Web Development online təlimində iştirak edərək veb inkişaf sahəsində əsas biliklər əldə etmişəm. Təlimdə HTML, CSS, JavaScript, və əsas backend texnologiyaları haqqında ətraflı məlumat verilmişdir. Həmçinin, veb saytların strukturunun qurulması, istifadəçi təcrübəsi (UX) və dizayn prinsipləri, responsive dizayn və SEO əsasları kimi mövzulara da diqqət yetirilmişdir. Praktiki layihələr üzərində işləyərək bu bacarıqları təkmilləşdirmişəm.

Orqanizmimizi hərəkətə gətirən qüvvələr

Orqanizmimizi hərəkətə gətirən qüvvələr

29.02.2020

Bioloqlar Birliyinin təşkil etdiyi bu tədbirdə orqanizmlərin hərəkətini təmin edən müxtəlif bioloji və fiziki qüvvələr müzakirə olunub. Tədbir boyunca canlıların enerji istehsalı və hərəkət mexanizmləri haqqında geniş mülahizələr irəli sürülmüş, bioloji qüvvələrin həyatımıza təsiri nəzərdən keçirilib.

“Xaricdə təhsilin üstünlükləri” adlı seminarda iştirak etdiyimə görə – Qafqaz Maarif Birliyi

“Xaricdə təhsilin üstünlükləri” adlı seminarda iştirak etdiyimə görə – Qafqaz Maarif Birliyi

27.07.2021

Qafqaz Maarif Birliyinin təşkil etdiyi “Xaricdə təhsilin üstünlükləri” mövzusunda keçirilən seminarda iştirak etdim. Bu seminar mənə xaricdə təhsilin üstünlüklərini və təhsil almağın beynəlxalq əmək bazarına inteqrasiyadakı rolunu anlamaqda kömək etdi. Seminar boyunca təhsilin qlobal tələblərə uyğun inkişafı və fərdi inkişaf imkanları geniş şəkildə müzakirə olundu.

"Sosiallaşma və adaptasiya problemləri" - QMB Biologiya Departamenti

"Sosiallaşma və adaptasiya problemləri" - QMB Biologiya Departamenti

07.08.2021

QMB Biologiya Departamentinin təşkil etdiyi “Sosiallaşma və adaptasiya problemləri” mövzusunda keçirilən tədbirdə iştirak etdim. Tədbir boyunca sosiallaşma və adaptasiya prosesləri, bu proseslərin insan və digər canlılar üzərindəki təsirləri geniş şəkildə müzakirə olundu. Təlimdə insanın sosial mühitə uyğunlaşma qabiliyyəti, psixoloji və bioloji amillərin roluna diqqət çəkildi.

"Dünya şöhrətli yazıçı Den Braunun əsərlərinin nəşri, yayımı və tənqidi" mövzusunda apardığı elmi araşdırmaya görə - Elmi inkişaf jurnalının redaksiya heyyəti tərəfindən

"Dünya şöhrətli yazıçı Den Braunun əsərlərinin nəşri, yayımı və tənqidi" mövzusunda apardığı elmi araşdırmaya görə - Elmi inkişaf jurnalının redaksiya heyyəti tərəfindən

14.12.2019

Elmi İnkişaf jurnalının redaksiya heyəti tərəfindən dünya şöhrətli yazıçı Den Braunun əsərlərinin nəşri, yayımı və tənqidi mövzusunda apardığım elmi araşdırmaya görə qiymətləndirmə almışam. Araşdırmada əsərlərin mədəni və ədəbiyyat tarixindəki rolunu, nəşr prosesini və tənqidi baxışları təhlil etmişəm. Təlimdə iştirak edərək mövzu ilə əlaqədar geniş məlumat əldə etmişəm.

Pricing

Qiymət Planlarım

Basic
70 AZN

Mikro sayt

1 səhifə
Template dizaynı
Admin panel
SEO-based structure
Mobil uyğunluq
Domen/hosting daxil deyil
Hazırlanma vaxtı: 5 gün
Popular
100 AZN

Mini Mövcudluq

2 səhifə
Template dizaynı
Admin panel
SEO-based structure
Mobil uyğunluq
Domen/hosting daxil deyil
Hazırlanma vaxtı: 6 gün
Premium
140 AZN

Sadə Məlumat

3 səhifə
Şablon dizaynı
Admin panel
SEO-based structure
Mobil uyğunluq
Domen/hosting daxil deyil
Hazırlanma vaxtı: 6 gün
Contact

Murad Agamedov

Murad Agamedov

Murad Agamedov

Freelance işlər üçün açığam. Mənimlə əlaqə saxlaya və sosial hesablarım vasitəsilə müraciət edə bilərsiniz.

Telefon: +994558881557 Email: m.agamedov@muraddev.com

Portfolio Details

View detailed information about my projects and work.

Portfolio Image
Client: Client Name
Category: Category
Date: Date
Technologies: Technologies